Menyu

Karlo Ançelotti: "Arda Gülərin üzərində çox təzyiq var"

Əziz Əzizli
Karlo Ançelotti: "Arda Gülərin üzərində çox təzyiq var"

"Real Madrid" klubunun baş məşqçisi Karlo Ançelotti Arda Gülər haqqında danışıb.

"Operativ Media" xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran italiyalı baş məşqçi klubun gənc futbolçusu Arda Gülər barədə fikirlərini bildirib.

"Arda Gülər haqqında deyə biləcəyim tək şey səbirdir. Arda yaxşı inkişaf edir, fiziki cəhətdən hər gün daha yaxşılaşır, buradakı futbolun intensivliyinə alışır. Ardanın üzərində çox təzyiq var. Türkiyədə, onun "Real Madrid"də oynamağını görmək istəyirlər, amma o hələ uşaqdır. Onun cəmi 18 yaşı var. Onun vaxtı gələcək".

Qeyd edək ki, Arda Gülər yayda 20 milyon avroya "Fənərbağça"dan "Real Madrid"ə transfer olub.

Teqlər:

"Karlo An\u00e7elotti: \"Arda G\u00fcl\u0259rin \u00fcz\u0259rind\u0259 \u00e7ox t\u0259zyiq var\""

Əlaqəli Xəbərlər