Menyu

Azərbaycanın Yaponiya ilə ticarət dövriyyəsi 450 min dolları ötüb

Nərmin Qocamanlı
Azərbaycanın Yaponiya ilə ticarət dövriyyəsi 450 min dolları ötüb

2023-cü il ərzində Azərbaycanın Yaponiya ilə ticarət dövriyyəsinin ümumi həcmi 2022-ci ilin müvafiq dövrünə nisbətdə 48,6 faiz və ya 147,9 milyon ABŞ dolları artaraq 452,1 milyon dolları üstələyib.

"Operativ Media" xəbər verir ki, “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən il Azərbaycandan Yaponiyaya 16,8 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin göstəricisindən 20,2 faiz və ya 2,8 milyon dollar çoxdur.

Yaponiyadan Azərbaycana idxal edilən məhsulların dəyəri isə 50 faiz və ya 145 milyon dollar artaraq 435,2 milyon dollar təşkil edib.

2023-cü ilin nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Yaponiya ilə ticarətin payı 0,88 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricini 0,31 faiz bəndi üstələyir.

Teqlər:

"Az\u0259rbaycan\u0131n Yaponiya il\u0259 ticar\u0259t d\u00f6vriyy\u0259si 450 min dollar\u0131 \u00f6t\u00fcb"

Əlaqəli Xəbərlər