Menyu

"Barselona"nın müdafiəçisi mövsümü erkən bitirdi

Əziz Əzizli
"Barselona"nın müdafiəçisi mövsümü erkən bitirdi

"Barselona”nın müdafiəçisi Aleks Balde üçün bu mövsüm erkən başa çatıb.

"Operativ Media" İspaniya mətbuatına istinadən xəbər verir ki, 20 yaşlı oyunçu kral kubokunun 1/4 finalında “Atletik”lə matçda (2:4) aldığı zədə səbəbindən əməliyyat olunacaq.

Gözlənilən bərpa müddəti təxminən 4 aydır.

Beləliklə, ispaniyalı futbolçu bu mövsüm daha Kataloniya təmsilçisinə kömək etməyəcək.

Balde 2023/24 mövsümündə 28 matçda meydana çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.

Teqlər:

"\"Barselona\"n\u0131n m\u00fcdafi\u0259\u00e7isi m\u00f6vs\u00fcm\u00fc erk\u0259n bitirdi"

Əlaqəli Xəbərlər