"Bavariya" "Qalatasaray"ın fransalı futbolçusunu transfer edir
Əziz Əzizli
Son vaxtlar "Arsenal"ın da maraqlandığı fransız futbolçu Saşa Boey üçün "Bavariya" da mübarizəyə başlayıb. Almaniya komandası Saşa Boey üçün "Qalatasaray"la rəsmi danışıqlara başlayıb.
"Operativ Media" xəbər verir ki"sarı-qırmızılı"ların bu transferdən gözləntiləri 25 milyon avro civarındadır.
"Qalatasaray" 2021-2022 mövsümünün əvvəlində Saşa Boeni "Renn" klubundan 1 milyon avroya transfer edib. Futbolçu "Bavariya"ya transfer olunarsa, qazancın 15%-i Fransa komandasına ödəniləcək.Saşa Boey 3 mövsüm ərzində 83 dəfə "Qalatasaray"ın formasını geyinib. Boey bu matçlarda 4 qol vurub və 4 məhsuldar ötürmə edib.
Teqlər:
"\"Bavariya\" \"Qalatasaray\"\u0131n fransal\u0131 futbol\u00e7usunu transfer edir"