Menyu

Bir sıra sahələrdə sahibkarların Mərkəzi Bankla işini asanlaşdırmaq üçün platformalar yaradılıb

Bir sıra sahələrdə sahibkarların Mərkəzi Bankla işini asanlaşdırmaq üçün platformalar yaradılıb

Mərkəzi Bank tərəfindən lisenziyaların elektron qaydada verilməsi sahibkarların işini asanlaşdıracaq.

"Operativ Media" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) şöbə rəisi Ramil Mahmudov Bakıda keçirilən "Ticarətdə qeyri-tarif baryerləri" mövzusunda tədbirdə deyib.

Onun sözlərinə görə, Mərkəzi Bank rəqəmsallaşmaya daha çox önəm verir.

"Bildiyiniz kimi, bankın sahibkarlarla birbaşa işgüzar təmasları yoxdur. Buna baxmayaraq, artıq bu il bir sıra sahələrdə sahibkarların Mərkəzi Bankla işini asanlaşdırmaq üçün platformalar yaradılıb. Bunlardan biri lisenziyaların elektron platformada verilməsidir və bu sahədə artıq iş başladılıb.

Platforma işə salınandan sonra kağız daşıyıcılarda tranzaksiyalar həyata keçirməyə ehtiyac olmayacaq. Çünki bir sıra dövlət strukturlarının informasiya sistemləri bu platformaya inteqrasiya olunacaq", - deyə o bildirib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər