Menyu

Rusiya klubları "Qarabağ"ın futbolçusu ilə maraqlanır

Əziz Əzizli
Rusiya klubları "Qarabağ"ın futbolçusu ilə maraqlanır

"Qarabağ"ın futbolçusu Leandro Andrade Rusiya klublarının maraq dairəsinə düşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə futbolçunun agenti Uqo Kadjuda Rusiyanın "Sport24" saytına açıqlamasında bildirib. Belə ki, yarımmüdafiəçinin xidmətində "Rubin" və "Krasnodar" maraqlıdır.

Futbolçunun agenti bildirib ki, "Rubin" Andradeyə görə "Qarabağ"a 1.5 milyon avro ödəməyə hazırdır. 

"Atlılar"ın baş meneceri Asif Əsgərov "Sport24"ə açıqlamasında Andrade ilə bağlı rəsmi təklif olmadığını qeyd edib.

Andradenin "Qarabağ"la müqaviləsi 2025-in yayına qədərdir. O, bu mövsüm "Qarabağ"la ümumilikdə 33 matçda 10 qol, 9 məhsuldar ötürmə ilə yadda qalıb

Teqlər:

"Rusiya klublar\u0131 \"Qaraba\u011f\"\u0131n futbol\u00e7usu il\u0259 maraqlan\u0131r"

Əlaqəli Xəbərlər