Menyu

Suriya millisi pley-offa yüksəldi, duyğulu anlar yaşandı - VİDEO

Əziz Əzizli
Suriya millisi pley-offa yüksəldi, duyğulu anlar yaşandı - VİDEO

Qətərdə keçirilən Asiya Kubokunda böyük sürpriz olub.

"Operativ Media" xəbər verir ki, Hektor Kuperin baş məşqçisi olduğu Suriya Milli Futbol Komandası qrupdakı son matçında Hindistanı 1-0 məğlub edərək xalını 4-ə yüksəldib və 1/16 final mərhələsinə yüksəlməyi bacarıb. Suriya tarixində ilk dəfə bu uğura imza atıb.

Suriya qrupunda ilk oyununda Özbəkistanla heç-heçə edib, ikinci oyununda isə Avstraliyaya 1:0 hesabı ilə uduzub.

Suriya Milli Futbol Komandasının tarixi uğurundan sonra duyğulu anlar yaşanıb. Suriya yığmasının çalışdırıcısı Hektor Kuperin tərcüməçisi və müxbiri matçın sonunda verdiyi müsahibədə göz yaşlarını saxlaya bilməyib.

Teqlər:

"Suriya millisi pley-offa y\u00fcks\u0259ldi duy\u011fulu anlar ya\u015fand\u0131 - V\u0130DEO"

Əlaqəli Xəbərlər