"Fənərbağça" "Neftçi"nin sabiq futbolçusu üçün yeni təklif göndərəcək
Əziz Əzizli
Bir tərəfdən Çağlar Söyüncü transferini tamamlamaq istəyən "Fənərbağça" klubu, digər tərəfdən "Partizan"ın braziliyalı hücumçusu Mateus Saldanyanı heyətinə qatmağa çalışır.
"Operativ Media" Türkiyə mətbuatına istinadən xəbər verir ki, "sarı-lacivertli" klub Serbiya təmsilçisi "Partizan"a yeni təklif göndərməyə hazırlaşır.
Braziliyalı hücumçunu "Fənərbağça" klubu ilə yanaşı İtaliyanın "Torino" və İspaniyanın "Sevilya" klubu da heyətinə qatmaq istəyir.
Qeyd edək ki, Türkiyə klubu ilk dəfə hücumçu üçün 6 milyon avroluq təklif göndərsə də, "Partizan" 10 milyon avrodan aşağı futbolçunu satmayacağını bildirmişdi
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net