21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının keçirəcəyi oyunların stadionları müəyyənləşib.
"Operativ Media" AFFA-nın saytına istinadən xəbər verir ki, millimiz martın 22-də İngiltərə, 26-da isə Ukrayna komandası ilə qarşılaşacaq. Hər iki oyun “Azersun Arena”da keçirləcək.