Menyu

Coşqun Diniyev oynadı, komandası məğlub oldu

Əziz Əzizli
Coşqun Diniyev oynadı, komandası məğlub oldu

Türkiyə 1-ci liqasında 19-cu turun oyunları keçirilir.

"Operativ Media" xəbər verir ki, bu gün Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin çıxış etdiyi “Ümraniyəspor” “Göztəpə” ilə qarşılaşıb.

İstanbul təmsilçisi səfərdə baş tutan bu oyunda 1:4 hesabıyla uduzub. Coşqun start heyətdə meydana çıxıb və sona qədər oynayıb. O, 64-cü dəqiqədə sarı vərəqə də alıb.

“Ümraniyəspor” bu nəticədən sonra 23 xalla 12-ci pillədə qərarlaşıb.

Teqlər:

"Co\u015fqun Diniyev oynad\u0131 komandas\u0131 m\u0259\u011flub oldu"

Əlaqəli Xəbərlər