Menyu

"Hava limanlarının xarici şirkətlərə verilməsi zəruridir" - EKSPERT

Nərmin Qocamanlı
"Hava limanlarının xarici şirkətlərə verilməsi zəruridir" - EKSPERT

Regionlardakı bir sıra hava limanlarının xarici şirkətlərin istifadəsinə vermək və ya əlavə bir aviaşirkətin cəlb edilməsi təklif olunur”.

Bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev ötən ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Bəs ölkədəki hava limanlarının xarici şirkətlərin istismarına verilməsi ölkə iqtisadiyyatına necə təsir edəcək?

Mövzu ilə əlaqədar “Operativ Media”ya açıqlama verən iqtisadçı ekspert Eldəniz Əmirov qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərən hava limanlarının xarici şirkətlərin istifadəsinə verilməsi nəinki yaxşı haldır, hətta zəruridir:

Eldəniz Əmirov: Azərbaycan ilə Macarıstan arasında ticarət ...

“Çünki təcrübə daha çox, təkrar edirəm, daha çox uğurlu modellərdə aviaşirkətlər eyni zamanda hava limanlarına bilavasitə sahiblik etmirlər. Hava limanı müstəqil olmalıdır ki, o istədiyi aviaşirkəti rəqabətli şəkildə dəvət edə bilsin".

Bu da, təbii ki, həm daxili turizmin, həm də hava nəqliyyatının inkişafına töhfə verər, eyni zamanda bir rəqabət mühiti yaradar. Yəni hansı aspektdən baxsaq, bu, ölkə iqtisadiyyatına çox ciddi effektiv təsirlər göstərər”.

Teqlər:

"\"Hava limanlar\u0131n\u0131n xarici \u015firk\u0259tl\u0259r\u0259 verilm\u0259si z\u0259ruridir\" - EKSPERT"

Əlaqəli Xəbərlər