Ana səhifə / Siyasət / Netanyahu: "Qəzzadakı əməliyyatlar İsrailin qələbəsinə qədər davam edəcək" Netanyahu: "Qəzzadakı əməliyyatlar İsrailin qələbəsinə qədər davam edəcək" 13.01.2024, 23:47 Nərmin Qocamanlı İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında hərbi əməliyyatı sona qədər dayandırmayacağına söz verib. "Operativ Media" xəbər verir ki, o, bu barədə televiziyadakı çıxışı zamanı deyib. Netanyahu əmin edib ki, Qəzzada hərbi əməliyyatlar İsrailin tam qələbəsinə qədər davam edəcək. "Bizi heç kim dayandırmayacaq; nə Haaqa, nə Şər oxu, nə də heç kim", - deyə baş nazir qeyd edib.