Husilərin hücumları səbəbindən 2023-cü ilin sonunda Süveyş Kanalında trafik 28% azalıb
2023-cü ilin son günlərində "Ənsar Allah" hərəkatının Yəməndə fəaliyyət göstərən Husi üsyançılarının gəmilərə hücumları səbəbindən Süveyş kanalı ilə yük daşımaları 28% azalıb.
"Operativ Media" xəbər verir ki, bu barədə jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Beynəlxalq Valyuta Fondunun rəsmi nümayəndəsi Culi Kozak məlumat verib.
"Qırmızı dəniz vasitəsilə nəqliyyat qlobal ticarət axınının 10%-ni təşkil edir. Hücumlar həm ixracatçılar və idxalçılar üçün çatdırılma müddətini, həm də daşıma xərclərini artıracaq. Bu isə qiymətlərin bahalaşmasına səbəb ola bilər", - Kozak vurğulayıb.
Onun məlumatına görə, yanvarın 2-nə olan statistikaya görə son 10 gün ərzində Süveyş kanalı ilə nəqliyyatın həcmi illik müqayisədə 28% azalıb: "Eyni zamanda Ümid burnu ilə nəqliyyatın həcmi 67% artıb. Biz bu problemi diqqətlə izləyirik".