Blinken: ABŞ Fələstin dövlətinin yaradılması üçün konkret tədbirləri dəstəkləyir
Nərmin Qocamanlı
Vaşinqton Fələstin dövlətinin yaradılması üçün “konkret tədbirləri" dəstəkləyir.
"Operativ Media" xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken Fələstin lideri Mahmud Abbasla görüşü zamanı bildirib.
Məlumata görə, Blinken Vaşinqtonun İsrailin qonşuluğunda sülh və təhlükəsizlik şəraitində yaşayan Fələstin dövlətinin yaradılmasının zəruriliyi, habelə bunun üçün müəyyən tədbirlərə dəstək verilməsinin zəruriliyi ilə bağlı qəti mövqeyini təsdiqləyib.