Menyu

İsrail Dövlətinin Prezidenti ilə İlham Əliyev arasında telefon danışığı baş tutub

İsrail Dövlətinin Prezidenti ilə İlham Əliyev arasında telefon danışığı baş tutub

Noyabrın 22-də İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentiinn Mətbuat Xidməti məlumat yayıb.

İsxak Hersoq İsraildə Azərbaycan səfirliyinin açılması barədə qərara görə Prezident İlham Əliyeva təşəkkürünü bildirib və qeyd edib ki, bu, İsrail üçün mühüm dost ölkə və strateji tərəfdaş olan Azərbaycanla çox gözəl münasibətlərdə irəliyə doğru böyük bir addımdır.

Prezident İlham Əliyev telefon zənginə görə İsrail Dövlətinin Prezidenti İsxak Hersoqa minnətdarlığını bildirib.

Dövlət başçısı qeyd edib ki, İsraildə Azərbaycan səfirliyinin açılması barədə qərar iki ölkə arasında dostluq əlaqələrini daha da gücləndirir.

Telefon söhbəti zamanı İsrail-Azərbaycan əlaqələrinin müxtəlif aspektləri müzakirə edilib, gələcək təmaslar barədə fikir mübadiləsi aparılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər