İranda baş verən etirazlarda 342 nəfər həyatını itirib
Nərmin Qocamanlı
İranda Məhsa Eminin ölümündən sonra başlayan nümayişlərdə təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində həyatını itirənlərin sayının 342, edama məhkum edilənlərin sayı isə 5 nəfərdir.
"Operativ Media" xəbər verir ki, bu barədə Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatı məlumat yayıb.
Məlumatda bildirilib ki, ən çox itki sünnilərin cəmləşdiyi Sistan-Bəlucistan əyalətində olub.
Həyatını itirən nümayişçilərdən 43-nün 18 yaşdan kiçik, 26-nın isə qadın olduğu bildirilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net