Belçika millisinin heyətində dəyişiklik edilib
Əziz Əzizli
Avro-2024-ün seçmə mərhələsinin 5-ci turunda Azərbaycan millisinin qonağı olacaq Belçika yığmasının heyətində dəyişiklik baş verib.
"Operativ Media" xəbər verir ki, bu barədə Belçika Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Yığmanın baş məşqçisi Domeniko Tedesko zədəli Orel Manqalanın əvəzinə Aster Vranksı heyətə dəvət edib.
Qeyd edək ki, sentyabrın 9-da Bakıda keçiriləcək Azərbaycan - Belçika qarşılaşması saat 17:00-da başlayacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net