Azərbaycan cüdoçuları Avropa çempionatının ilk günündə 3 medal qazandı
Əziz Əzizli
Azərbaycan cüdoçuları 7 sentyabrda Niderlandın Haaqa şəhərində keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatında 1 qızıl, 1 gümüş və 1 bürünc medal əldə edib.
"Operativ Media" xəbər verir ki, yarışın ilk günündə Azərbaycan yığma komandasının 7 üzvü medallar uğrunda mübarizə aparıb. Oğlanlar arasında -60 kq. çəkidə Nizami İmranov bütün rəqiblərini məğlub edərək finala yüksəlib. Nizami həlledici görüşdə İsrail təmsilçisi Yehonatan Vekslerə “waza-ari” xalı ilə qalib gələrək qızıl medal qazanıb.
-66 kq. çəkidə Aydın Rzayev final görüşündə gürcüstanlı cüdoçu Tenqo Zirakaşvili ilə güclərini sınayıb. Nəticədə Aydın çempionatın gümüş medalına sahib olub.
Qızlar arasında isə -52 kq. çəkidə Aydan Vəliyeva üçüncü yer uğurunda görüşdə İtaliya təmsilçisi Mikaela Şakovelli ilə qarşılaşıb. Aydan əzmkar mübarizə apararaq “golden score”-un 3-cü dəqiqəsində “ippon” ilə rəqibinə qalib gələrək bürünc medalı əldə edib.
Teqlər:
"Az\u0259rbaycan c\u00fcdo\u00e7ular\u0131 Avropa \u00e7empionat\u0131n\u0131n ilk g\u00fcn\u00fcnd\u0259 3 medal qazand\u0131"