Argentina prezidenti Alberto Fernandes Balidə keçirilən G20 sammitində özünü pis hiss edib. Prezidentin həkimləri vəziyyətlə bağlı bəyanat yayıblar. "Operativ Media"nın xəbərinə görə, bəyanatda deyilir:
"Bu gün Argentina prezidenti Alberto Anxel Fernandesdə qan təzyiqi aşağı düşüb və başı gicəllənib. Buna görə də onun sağlamlığını qorumaq və fəsadlardan qaçmaq üçün lazımi diaqnostik müayinələrin aparılması qərara alınıb".
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma