Sekidika: "Bu mənim üçün yeni başlanğıcdır"
Əziz Əzizli
"Sabah”ın yeni transferi Cesse Sekidika klubun mətbuat xidmətinə açıqlama verib.
26 yaşlı yarımmüdafiəçi paytaxt klubuna keçidi haqda fikirlərini bölüşüb: “Şadam. Burada məni çox yaxşı qarşıladılar. Hamı mənimlə çox mehribandır. Bu, mənim üçün yeni başlanğıcdır”.
Sekidika “Sabah”dakı hədəflərindən də söz açıb: “Komandanın bu mövsüm Avropa Konfrans Liqasının təsnifat mərhələsində iştirak etdiyini bilirəm. Əsas məqsədim avrokuboklarda iştirak etmək və çempionatda müsbət nəticələr əldə etməkdir. Komandanın potensialına inanıram"
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net