"Araz-Naxçıvan" yoldaşlıq oyunu keçirəcək
Əziz Əzizli
Azərbaycan millisinin rəsmi və yoldaşlıq oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən “Araz-Naxçıvan”ın üzvləri 3 günlük istirahətə buraxılıb.
"Operativ Media" xəbər verir ki, sentyabrın 7-də bir araya gələcək komandanın həmin gün Qəbələyə yollanacaq və ayın 11-dək məşqlərini orada davam etdirəcək. Hazırlıq çərçivəsində “Araz-Naxçıvan” sentyabrın 10-da “Qəbələ” ilə yoldaşlıq oyunu keçirəcək.
Qeyd edək ki, Abdulla Rzayev və Mirəli Əhmədov U-21-in, qapıçı Kristian Avram isə Moldova millisinin düşərgəsinə yollandığına görə, hazırlıq prosesində və yoldaşlıq matçında iştirak etməyəcəklər.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net