Türkiyə klubları tarixi rekorda imza atıblar
Əziz Əzizli
Türkiyə klubları avrokuboklarda tarixi rekorda imza atıblar.
"Operativ Media" xəbər verir ki, “Qalatasaray” UEFA Çempionlar Liqasında, “Fənərbağça”, “Beşiktaş” və “Adana Dəmirspor” isə UEFA Konfrans Liqasında göstərdikləri nəticələrlə bunu bacarıblar. Belə ki, adı çəkilən komandalar qrupa qədər baş tutan mərhələlərdə ümumilikdə 20 qələbə qazanıblar. Avrokubok tarixində heç bir ölkə təmsilçiləri təsnifat mərhələlərində bu nailiyyətə imza ata bilməmişdilər.
“Fənərbağça” və “Beşiktaş” 6, “Qalatasaray” 5, “Adana Dəmirspor” isə 3 matçda qələbə qazanmağı bacarıblar. Bu komandalardan yalnız sonuncu avrokuboklarla vidalaşıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net