İranda sənaye şəhərciyində yanğın baş verib
Nərmin Qocamanlı
İranda sənaye şəhərciyində yanğın baş verib.
"Operativ Media" ISNA-ya istinadən xəbər verir ki, İranın İsfahan şəhərində 4 saatdan artıqdır yanğınsöndürənlər yanğını söndürməyə çalışır. Ərazidə kimyəvi və partlayıcı maddələr olduğu üçün davamlı olaraq partlayışlar baş verib.
Yanğında 15 nəfər yaralanıb, 3 nəfərin vəziyyəti ağırdır.
İsfahan Mübarəkə sənaye şəhərciyində 400-dən artıq kiçik zavod və fabriklər fəaliyyət göstərir.
Yanğın kimyəvi maddələr istehsal edən zavodda baş verdiyi bildirilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net