Menyu

Rəşad Dağlı barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib-YENİLƏNİB 3

Operativ Media
Rəşad Dağlı barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib-YENİLƏNİB 3

Qaradağ Rayon Məhkəməsində barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilən Rəşad Dağlı (Əmirov) İstinaq Təcridxanasına aparılıb.

"Operativ Media" xəbər verir ki, o Kürdəxanıda yerləşən Bakı İstinaq Təcridxanasına aparılıb.

***

21:02

Tanışını qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlı (Əmirov) barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

"Operativ Media" xəbər verir ki, Qaradağ Rayon Məhkəməsində hakim Teymur Qurbanovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən Rəşad Dağlı barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

***

19:58

Tanışını qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlı (Əmirov) Qaradağ rayon Məhkəməsinə gətirilib.

"Operativ Media" xəbər verir ki, hakim Teymur Qurbanovun sədrliyi ilə onun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxılır.

İstintaq orqanından Rəşad Əmirov barəsində 4 aylıq həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə təqdimat daxil olub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər