Menyu

Azərbaycanla Gürcüstanın ticarət dövriyyəsi artır

Gozel Həşimova
Azərbaycanla Gürcüstanın ticarət dövriyyəsi artır

Azərbaycan ilə Gürcüstan arasında bu ilin birinci yarısında ticarət dövriyyəsi 455,3 milyon dollar təşkil edib.

"Operativ Media" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 17,5 milyon dollar çoxdur.

Hesabat dövründə Azərbaycandan Gürcüstana 406,6 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib. Azərbaycanın Gürcüstandan idxalının dəyəri isə 48,6 milyon dollar olub.

Əlavə edək ki, ötən ilin yanvar-iyun aylarında iki ölkə arasında ticarət dövriyyəsi 437,7 milyon dollar təşkil edib.

 

Gözəl Həşimova

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər