Nigeryada hərbçilər hakimiyyəti ələ keçirdiklərini elan ediblər.
"Operativ Media" dünya mətbuatına istinadən xəbər verir ki, özlərini “Vətənin Mühafizəsi üzrə Milli Şura”sı adlandıran bir qrup əsgər qərargahda çəkdikləri və dövlət televiziyası "ORTN"də yayımladığı videoda çevriliş bəyanatını oxuyub.
Bəyanatda, prezident Məhəmməd Bazumun devrilməsi və konstitusiyanın fəaliyyətinin dayandırıldığı bildirilir. Buna səbəb isə təhlükəsizlik vəziyyətinin pisləşməsi və ölkənin yaşadığı sosial-iqtisadi böhrandır. Açıqlamada bütün sərhədlərin bağlandığı da qeyd edilib.
Əlavə edək ki, Prezident Məhəmməd Bazumu səhər saatlarında Prezident Mühafizə Alayının Mühafizə Alayının ünsürləri tərəfindən saxlanılıb. Xalq çevrilişin qarşısını almaq üçün küçələrə çıxıb və Bazumun azadlığa buraxılması üçün etiraz aksiyası keçirib.