Rusiyalı mütəxəssislər çəkisi 38 qram olan “Vektor X-120” tipli çox rotorlu miniatür pilotsuz uçan aparat hazırlayıblar.
"Operativ Media" xəbər verir ki, bu barədə "TASS"a Pilotsuz Təyyarə Quruluşunun eksperimental konstruktor bürosundan məlumat verilib.
Məlumata görə, yeni dron düşmənin şəxsi heyətini məhv etmək üçün istifadə olunacaq birdəfəlik kamikadze drondur. Dronun əsas versiyasının qiyməti isə təxminən 75-80 min rubl təşkil edəcək.