Menyu

Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti “IDEF-23” sərgisinin açılış mərasimində iştirak edib (FOTO)

Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti “IDEF-23” sərgisinin açılış mərasimində iştirak edib (FOTO)

İyulun 25-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti İstanbul şəhərində keçirilən “IDEF - 23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin açılış mərasimində iştirak edib.

Müdafiə Nazirliyindən "Operativ Media"ya bildirilib ki, Nazirliyin rəhbər heyəti sərgidə "ASELSAN", "ROKETSAN", "DEARSAN" və digər şirkətlərin stendlərində nümayiş etdirilən silah, texnika və hərbi təyinatlı vasitələrlə tanış olub.

Səfər çərçivəsində general-polkovnik Z.Həsənov, həmçinin Türkiyənin Texnologiya naziri cənab Mehmet Fatih Kacır ilə görüşüb.

Görüşdə hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb və qarşılıqlı hədiyyələr təqdim edilib.

Teqlər:

"Zakir Həsənov nazirliyin digər rəhbər heyəti “IDEF-23” sərgisinin açılış mərasimində iştirak edib (FOTO)"

Fotogalereya

Əlaqəli Xəbərlər