Menyu

ABŞ Suriyadakı hərbçilərinin sayını artırıb

Gozel Həşimova
ABŞ Suriyadakı hərbçilərinin sayını artırıb

ABŞ Suriya bazalarındakı hərbçilərinin sayını 500-dən 1,5 min nəfərə çatdırıb.

"Operativ Media" bu barədə “Əl Vətən” qəzetinə istinadən xəbər verir.

Məlumata görə, ABŞ komandanlığı iyunun 23-də İraqdan Suriyadakı bazalarına əlavə hərbi texnika və logistika köçürüb. Zirehli texnika ilə birlikdə Amerika hərbçilərinin böyük bir qrupu Suriyaya aparılıb.

Əlavə edək ki, Suriyanın şimal-şərqində İraqla sərhəd bölgələrinin əksəriyyəti hazırda kürdlərin nəzarətindədir. 2015-ci ildən ABŞ komandanlığı orada doqquz hərbi baza yaradıb.

 

Gözəl Həşimova

Teqlər:

"ABŞ Suriyadakı hərbçilərinin sayını artırıb"

Əlaqəli Xəbərlər