Rusiyadan Gürcüstana gələnlərin sayı 4 dəfə artıb
Nərmin Qocamanlı
Bu ilin təkcə oktyabr ayında Rusiyadan Gürcüstana gələnlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 4 dəfə artıb.
"Operativ Media" "24News.ge"ə istinadən xəbər verir ki, bu barədə Milli Turizm Administrasiyası məlumat yayıb. Məlumata əsasən, 2021-ci ilin oktyabr ayında Rusiyadan Gürcüstana gələnlərin sayı 29 159 nəfər təşkil edibsə, bu ilin eyni dövründə bu rəqəm 109 158 nəfər olub.
Qeyd edək ki, beynəlxalq ziyarətçilərin sayına görə, 2022-ci ilin oktyabr ayında Rusiya ilk 15 ölkə arasında 1-ci yerdədir. İkinci yerdə 81 033 ziyarətçi ilə Türkiyə, 3-cü yerdə isə 72 877 ziyarətçi ilə Ermənistan gəlir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net