Menyu

Zirehli tank xidməti rəisləri ilə toplantı keçirilib

Nərmin Qocamanlı
Zirehli tank xidməti rəisləri ilə toplantı keçirilib

2023-cü ilin hazırlıq planına əsasən, "N" hərbi hissəsində zirehli tank xidməti rəisləri ilə toplantı keçirilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Toplantı iştirakçılarına zədələnmiş texnikanın ərazidən təxliyəsinin həyata keçirilməsi, həmçinin təmir vasitələrindən düzgün istifadə qaydalarının ardıcıllığı praktiki nümayiş etdirilərək izah olunub.

Toplantının keçirilməsində əsas məqsəd zirehli tank xidməti rəislərinin bilik və bacarıqlarının daha da artırılmasıdır.

Teqlər:

"Zirehli tank xidməti rəisləri ilə toplantı keçirilib"

Əlaqəli Xəbərlər