Serbiya Dünya Kubokunda iştirak etməyəcək
Bakı İdman Sarayında keçiriləcək yunan-Roma güləşi üzrə Dünya Kubokunun proqramında dəyişiklik edilib.
Azərbaycan Güləş Federasiyasından "Operativ Media"ya verilən məlumata görə, Serbiya yığması yarışda iştirak edə bilməyəcək. Bu komandanın əksər üzvlərində COVID-19 virusu aşkarlanıb.
Beləliklə, Dünya Kubokunda 5 komandanın - Azərbaycan, Türkiyə, İran, Qırğızıstan və Dünya yığmasının iştirak edəcəyi dəqiqləşib. Serbiya millisiylə eyni qrupda yer alan Azərbaycan və Dünya yığmasına texniki qələbə veriləcək.
Qeyd edək ki, Dünya Kuboku 4-6 noyabrda təşkil olunacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net