MN: Azərbaycan Ordusunun bölmələri qarşı tərəfə atəş açmayıb
Nərmin Qocamanlı
İyunun 12-si saat 14:15-də Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərinin müxtəlif çaplı atıcı silahlardan və minaatanlardan atəşə tutulması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil.
"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
"Qarşı tərəfin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - məlumatda qeyd edilib.
Teqlər:
"MN: Azərbaycan Ordusunun bölmələri qarşı tərəfə atəş açmayıb"