İqtisadiyyat naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
Nərmin Qocamanlı
"Mentorluq proqramı çərçivəsində "Yüksəliş" müsabiqəsinin qalibləri Nərgiz Balakişiyeva və Nihad Mənsimzadə ilə görüş keçirdik".
"Operativ Media" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov tviterdə bildirib.
"Fərdi inkişaf planı üçün faydalı alətlər barədə danışdıq, qalibləri maraqlandıran sualları cavablandırdıq, qazandıqları biliklər və innovativ idarəçilik vərdişlərinin təkmilləşdirilməsi barədə səmərəli müzakirələr apardıq və tövsiyələrimizi verdik", - o, qeyd edib.
Teqlər:
"İqtisadiyyat naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb"