Menyu

Çavuşoğlu: Ermənistan səhvini düzəltməsə, müəyyən addımlar atmalı olacağıq

Redaksiya
Çavuşoğlu: Ermənistan səhvini düzəltməsə, müəyyən addımlar atmalı olacağıq

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Nemesis” abidəsinin qoyulması ilə bağlı Ermənistana növbəti dəfə xəbərdarlıq edib.

"Operativ Media" xəbər verir ki, Çavuşoğlu Ermənistanın Nemesis abidəsinin quraşdırılması ilə bağlı səhvi düzəltməsini gözlədiklərini bildirib.

“Həmin abidənin qoyulması yolverilməzdir. Əgər Ermənistan bu səhvi düzəltməsə, o zaman biz Ermənistana qarşı müəyyən addımlar atacağıq”, - Çavuşoğlu bildirib.

Qeyd edək ki, İrəvanda Nemesisə həsr olunmuş abidənin açılışından sonra Türkiyə öz hava məkanını Ermənistan təyyarələri, o cümlədən Paşinyanın təyyarəsi üçün bağlayıb.

Teqlər:

"Çavuşoğlu: Ermənistan səhvini düzəltməsə müəyyən addımlar atmalı olacağıq"

Əlaqəli Xəbərlər