Menyu

İlham Əliyev: Azərbaycan bu gün 16 ölkəyə təbii qaz ixrac edir

Operativ Media
İlham Əliyev: Azərbaycan bu gün 16 ölkəyə təbii qaz ixrac edir

Biz çalışırıq ki, Azərbaycanı açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq daşımalar qovşağına çevirək.

Operativ Media xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində deyib.

Dövlət başçısı deyib ki, Azərbaycan bu gün təbii qazın təchizat coğrafiyası baxımından birinci yerdədir.

"Azərbaycan bu gün 16 ölkəyə təbii qaz ixrac edir. Bu say ilbəil artır və artmaqda davam edəcək. Eyni zamanda neft təchizatı daha çox ölkələri əhatə edir. Bütün bunlar hasilatçılar, tranzit ölkələlərin maraqlarına xidmət edir".

Prezident bildirib ki, Azərbaycan infrastruktura çox böyük sərmayə yatırır.

"Nəinki ölkə daxilində, eyni zamanda ölkənin hüdudlarından kənarda da beynəlxalq ölçülü infrastruktur layihələrlə məşğuluq. Biz çalışırıq ki, Azərbaycanı açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq daşımalar qovşağına çevirək".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər