Menyu

Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlıq müzakirə edilib

Operativ Media
Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlıq müzakirə edilib

Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlıq müzakirə olunub.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial media hesabında paylaşım edib.

O, rumıniyalı həmkarı Marius Lazurka ilə məhsuldar görüş keçirdiyini bildirib:

"Azərbaycan və Rumıniya arasındakı strateji tərəfdaşlığı və ənənəvi dostluğu bir daha təsdiq edərək ikitərəfli əlaqələrimizin daha da dərinləşdirilməsi üçün imkanları müzakirə etdik. Cənubi Qafqaza coğrafi cəhətdən ən yaxın olan Avropa İttifaqı üzvü dövləti kimi Rumıniya əməkdaşlığımızda mühüm yer tutur. Siyasi, iqtisadi, enerji, müdafiə, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri barədə fikir mübadiləsi apardıq. Fəal siyasi və təhlükəsizlik dialoqumuzu davam etdirmək barədə razılığa gəldik".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər