Menyu

Finlandiya Rusiyanın hərbi səfərlərə dair razılaşmanı ləğv edəcəyini açıqlayıb

Nərmin Qocamanlı
Finlandiya Rusiyanın hərbi səfərlərə dair razılaşmanı ləğv edəcəyini açıqlayıb

Rusiya Finlandiya ilə hərbi obyektlərə qarşılıqlı səfərlərə dair ikitərəfli sazişi ləğv edəcək.

"Operativ Media" xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Finlandiya bu gün Rusiyadan iki ölkə arasında hərbi qiymətləndirmə səfərlərinə dair ikitərəfli sazişin iyunun 1-dən etibarən ləğv ediləcəyi barədə məlumat alıb”, - məlumatda deyilir. 

Qeyd edək ki, Finlandiya keçən ay NATO-ya üzv oldu. Rusiya bu məsələ ilə bağlı ziddiyyətli açıqlamalar verib, İsveç və Finlandiyanın NATO-ya üzv olmaq üçün müraciət prosesini tənqid edib.

Teqlər:

"Finlandiya Rusiyanın hərbi səfərlərə dair razılaşmanı ləğv edəcəyini açıqlayıb"

Əlaqəli Xəbərlər