Menyu

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi İlham Əliyevi təbrik edib

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi İlham Əliyevi təbrik edib

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi İlham Əliyevə məktub göndərib.

"Operativ Media" xəbər verir ki, məktubda deyilir:

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə və dost xalqınıza ən səmimi təbriklərimi, xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Misir ilə Azərbaycanı illər boyu davam edən möhkəm dostluq əlaqələri birləşdirir. Ümidvaram ki, birgə əməkdaşlıq və sıx koordinasiya sayəsində ikitərəfli münasibətlərimizin həm ölkələrimizin, həm də xalqlarımızın rifahı naminə ümumi maraq kəsb edən sahələrdə böyük irəliləyişinin şahidi olacağıq.

Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı və davamlı tərəqqi, dost Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram.

Dərin hörmət və ehtiramla,

 

Əbdülfəttah əs-Sisi

Misir Ərəb Respublikasının Prezidenti

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər