Menyu

Zatulin Azərbaycana qarşı təxribatçı açıqlamalar verib

Redaksiya
Zatulin Azərbaycana qarşı təxribatçı açıqlamalar verib

Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin “Говорит Москва” radiostansiyasına təxribatçı açıqlamalar verib.

"Operativ Media" xəbər verir ki, Zatulin Qarabağdakı ermənilərin Azərbaycan vətəndaşlığını qəbul etməyəcəkləri halda deportasiya olunacaqlarını iddia edib: “Düşünürəm ki, Azərbaycan ermənilərin hüquq və təhlükəsizliklərinə zəmanətlə bağlı o bəyanatlara fikir verməyəcək. Ən yaxşı halda Azərbaycan guya erməni əhalisi ilə hansısa ədəb-ərkan normalarını qoruyub saxlamağa hazırlaşacaq. Amma artıq nöqteyi-nəzər ifadə olunub: ermənilər Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər. Əgər qəbul etmirlərsə, o ərazini tərk etməlidirlər. Heç kim heç bir dövlətə öz vətəndaşlığını təbliğ etməyi qadağan edə bilməz, amma vətəndaşlıqdan çıxdığı halda əcdadlarınızın yaşadığı ərazini tərk etmək təklifi edilirsə, bu deportasiyadan başqa bir şey deyil”.

Teqlər:

"Zatulin Azərbaycana qarşı təxribatçı açıqlamalar verib"

Əlaqəli Xəbərlər