Menyu

III Çarlzın təsviri olan sikkələrin buraxılmasına başlanılıb

Nərmin Qocamanlı
III Çarlzın təsviri olan sikkələrin buraxılmasına başlanılıb

Britaniya Kral Sikkəxanası üzərində Böyük Britaniyanın yeni kralı III Çarlzın təsviri olan 50 pens nominalında sikkələrin buraxılmasına başlayıb.

"Operativ Media" xəbər verir ki, bu barədə "The Daily Telegraph" məlumat yayıb.

Bu il dizaynı heykəltəraş Martin Cenninqs tərəfindən hazırlanmış 9,6 milyon sikkə zərb ediləcək. Bu sikkələr dekabr ayında dövriyyəyə buraxılacaq.

Britaniya tarixində rekord 70 il 7 ay hakimiyyətdə olmuş Kraliça II Yelizavetanın xatirəsinə hörmət əlaməti olaraq sikkələrin reversində onun portreti əks olunacaq.

Kralın təsviri olan yeni sikkələrlə yanaşı, II Yelizavetanın təsviri olan sikkələr də dövriyyədə qalacaq. Hazırda Böyük Britaniyada üzərində mərhum Kraliça II Yelizavetanın təsviri əks olunmuş 27 milyard sikkə dövriyyədədir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər