Menyu

Rusiyanın adını "Moskoviya" adlandırılması təklif edilib

Rusiyanın adını "Moskoviya" adlandırılması təklif edilib

Litva Rusiyanın adının Moskoviya olaraq dəyişdirilməsini nəzərdən keçirir.

"Operativ Media" xəbər verir ki, bunu Litva Seyminin komitə rəhbəri Raymundas Lopata bildirib.

Belə ki, Seymin Gələcəyi Komitəsi Rusiyanın coğrafi adının dəyişdirilməsi ilə bağlı müzakirələrə başlayır.

Lopatanın sözlərinə görə, Litva siyasətçiləri Rusiya Federasiyasının tarixi ilə bağlı məruzəsini Seymə təqdim edəcək tarixçi Alfred Bumblauskasın tədqiqatları əsasında həll yolunu axtaracaqlar.

“Biz Rusiyanı Rusiya adlandırırıq, ona görə ki, o, özünü ilk növbədə belə adlandırır. Ənənəvi olaraq Rusiya adlandırdığımız ölkənin dəqiq adının müəyyənləşdirəcəyik”, - Lopata deyib.

Qeyd edilir ki, Moskoviya Qərb mənbələrində Rusiya dövlətinin siyasi-coğrafi adıdır, XV-XVIII əsrin əvvəllərində “Rusiya” etnoqrafik adı ilə paralel olaraq müxtəlif adlar işlənib. Bununla yanaşı, Moskva knyazlığının latınca adı Moskoviya olub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər