Menyu

“Şimal-Cənub” marşrutunun dəmir yolu hissəsinin tikintisi 2024-cü ildə başlanacaq

“Şimal-Cənub” marşrutunun dəmir yolu hissəsinin tikintisi 2024-cü ildə başlanacaq

Rusiya və İran bir ildən sonra “Şimal-Cənub” nəqliyyat marşrutunun sonuncu dəmir yolu hissəsinin tikintisinə başlaya bilər.

"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak jurnalistlərə bildirib.

“Yaxın vaxtlarda layihələndirmə işlərinə başlanacaq. Düşünürəm ki, bir ildən sonra bilavasitə tikintiyə başlanılacaq”, - o deyib.

A.Novakın sözlərinə görə, Rusiya şirkətləri marşruta maraq göstərib və 2030-cu ilə qədər bu dəmir yolu istiqamətində yük dövriyyəsinin ildə 15 milyon tonadək artımını təmin etməyə hazırdırlar.

“Bu gün biz 2030-cu ilə qədər 15 milyon ton tutumlu Qərb marşrutunun həyata keçirilməsinə dair razılıq əldə etdik. Təbii ki, bu nəqliyyat dəhlizinin imkanları potensial olaraq genişlənəcək, bu, 30 və ya 60 milyon ton ola bilər, çünki əmtəə dövriyyəsi yalnız artacaq”, - Rusiya Baş nazirinin müavini qeyd edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər