Menyu

Elnur Soltanov Xavyer Kolomina ilə görüşüb

Elnur Soltanov Xavyer Kolomina ilə görüşüb

Azərbaycan energetika nazirinin müavini Elnur Soltanov NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, onlar Azərbaycan-NATO tərəfdaşlığını müzakirə ediblər.

Tərəflər eyni zamanda, NATO müttəfiqlərinin enerji təhlükəsizliyində Azərbaycanın rolu və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Görüşdə Azərbaycanın NATO-dakı Daimi Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə də iştirak edib.

Teqlər:

"Elnur Soltanov Xavyer Kolomina ilə görüşüb"

Əlaqəli Xəbərlər