Menyu

Ermənistan Azərbaycanın şərtlərini qəbul edir - ŞƏRH

Redaksiya
Ermənistan Azərbaycanın şərtlərini qəbul edir - ŞƏRH

İstənilən siyasi hədəfə çatmaq üçün onun məntiqi ardıcıllığa ehtiyacı var. Bu prosesləri həyata keçirmək üçün isə siyasi savad, siyasi iradə hökmən vacibdir. Azərbaycanda siyasi savad və siyasi iradənin vəhdəti onun qələbələrini şərtləndirir. Bunun nəticəsidir ki, Ermənistan Azərbaycanın şərtlərini qəbul edir. 

Hər kəs bilir ki, Qarabağ münaqişəsi çətin məsələdir. O, həll edilməsi mümkün olmayan bir münaqişə adını almışdı. Bir vaxtlar, Ermənistanın Azərbaycanın ərazi bötüvlüyünü tanıması haqqında kiməsə informasiya versəydin, buna reaksiyası “ola bilməz” olardı. Amma az qala 30 illik bir problemin həlli ilə bağlı ardıcıl aparılan işlər, siyasi iradə budur, nəticələrini də verir. Azərbaycan torpaqlarını azad edir, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Zəngəzur dəhlizi real olaraq qəbul edilir. Bunlar həm də Avropa İttifaqı səviyyəsində baş verir.  Bu həmin o ittifaqdır ki, dünyanın siyasi və iqtisadi cəhətdən ən güclü dövlətlərini bir bayraq altında birləşdirir.  Bu məsələlər birdən baş vermir. Bunun üçün uzun proses, ardıcıl qərarlar, yüksək bacarıq, siyasi vəziyyətlərdə manevr etmə imkanlarından istifadə əsas rol oynayır. 

Azərbaycan Ermənistanla həm danışıq meydanında, həm də hərb meydanında üz-üzə gəlib. Həmişə də üzü ağ çıxıb. Ermənistan ağ bayraq qaldırıb. Azərbaycan bayrağının qarşısında onların təkcə ağ bayraq seçimi qalır. Növbəti bayraq sancılma yeri Zəngəzurdur. O dəhlizdə də Ermənistan Azərbaycanla üz-üzə gələ bilməyəcək.

Samir Cabbarov - Operativ Media
 

Teqlər:

"Ermənistan Azərbaycanın şərtlərini qəbul edir - ŞƏRH"

Əlaqəli Xəbərlər