Ana səhifə / Dünya / Meksikada yol-nəqliyyat hadisəsi nəticəsində 26 nəfər ölüb Meksikada yol-nəqliyyat hadisəsi nəticəsində 26 nəfər ölüb 15.05.2023, 07:50 Əziz Əzizli Meksikanın şimal-şərqində yerləşən Tamaulipas ştatında traktorla mikroavtobusun toqquşması nəticəsində azı 26 nəfər ölüb. "Operativ Media" xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Qeyd edilib ki, nəqliyyat vasitələri Syudad Viktoriya şəhəri yaxınlığında qəzaya uğrayıb. Nəticədə mikroavtobusdakı bütün sərnişinlər həlak olublar. Teqlər: "Meksikada yol-nəqliyyat hadisəsi nəticəsində 26 nəfər ölüb"