Menyu

Ceyhun Bayramov: Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə üzləşib

Ceyhun Bayramov: Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə üzləşib
 

Nazir Ceyhun Bayramov Aİ səfirləri ilə görüşdə Azərbaycanın Şərq-Qərb Dəhlizində tutduğu yerin, o cümlədən bu istiqamətdə həyata keçirilən layihələrin əhəmiyyətini qeyd edib.

"Operativ Media" xəbər verir ki, bölgədə kommunikasiyaların açılması, o cümlədən Zəngəzur dəhlizinin işə salınması istiqamətində Azərbaycan tərəfindən atılan addımların Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə üzləşdiyi diqqətə çatdırılıb.

Nazir Ceyhun Bayramov, həmçinin post-münaqişə mərhələsində regionda yaranmış yeni reallıqlar, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması, bölgədə yaşayan erməni əhalinin reinteqrasiyası istiqamətində Azərbaycan tərəfindən atılan addımlar, habelə mina təhlükəsi, Ermənistanın sülh prosesinə xələl gətirən təxribatları haqqında görüş iştirakçılarına ətraflı məlumat verib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər