İranda terror aktı nəticəsində 15 nəfər ölüb, 40 nəfər yaralanıb-YENİLƏNİB
İranda terror aktı nəticəsində 15 nəfər ölüb, 40-a yaxın şəxs yaralanıb.
"Operativ Media" "Mehr"ə istinadən xəbər verir ki, bu barədə İran Ali Milli Təhlükəsizlik Şurası məlumat yayıb.
Bildirilib ki, ölənlərdən biri qadın və üçü isə uşaqdır.
Hücumun axşam namazına hazırlaşan insanları hədəf aldığı vurğulanıb. Belə ki, bir terrorçu ziyarətgaha giriş qapısından daxil olduqdan sonra ibadət edənlərə atəş açmağa başlayıb. Silahlı şəxsin İran təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldığı bildirilib.
***
19:29
İranın Şiraz şəhərində Şahçerağ məqbərəsi yaxınlığında silahlı şəxslər atəş açması nəticəsində 15 nəfər ölüb, 40 nəfər yaralanıb.
Bu barədə “Operativ Media" IRNA-ya istinadən xəbər verir.
Məlumatda iki terrorçunun saxlanıldığı bildirilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net