Ermənistan Baş naziri üçtərəfli görüşdə iştirakını təsdiqləyib
Nərmin Qocamanlı
Ermənistan Baş naziri Nikol Paşinyan Soçidə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinlə oktyabrın 31-də keçirilməsi planlaşdırılan üçtərəfli görüşə gedəcəyini təsdiqləyib.
"Operativ Media" “Sputnik Armenia”ya istinadən xəbər verir ki, o, bu barədə "hökumət saatı”nda çıxışı zamanı deyib.
“Rusiya Prezidenti Soçidə üçtərəfli görüş keçirməyi təklif etdi. Mən öz iştirakımı təsdiqlədim”, - Paşinyan parlamentdə bildirib.
O, ötən dövr ərzində yığılan bir çox məsələlərin həll edilməli olduğunu qeyd edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net