Menyu

“Taliban” hökumətinin XİN rəhbərinin səfəri zamanı Kabil hava limanı raket atəşinə məruz qalıb

Redaksiya
“Taliban” hökumətinin XİN rəhbərinin səfəri zamanı Kabil hava limanı raket atəşinə məruz qalıb

“Taliban” hökumətinin xarici işlər naziri Əmir Xan Müttəki Pakistana yola düşərkən Kabil hava limanı raket atəşinə tutulub.

"Operativ Media" AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın “Haşt-e Subh” qəzeti məlumat yayıb.

Bildirilib ki, hava limanının ən azı üç əməkdaşı və bir neçə şəxs yaralanıb. Nazirin özü isə xəsarət almayıb. Ümumilikdə, naməlum şəxslər tərəfindən hava limanının VIP zalına və sərnişin terminalına 3 raket atılıb.

Əfqanıstan milli televiziyasının məlumatına görə, Müttəki İslamabada gəlib və burada Pakistan və Çinin xarici işlər nazirləri ilə ticarət-iqtisadi əməkdaşlıq, eləcə də regional təhlükəsizlik sahəsində görüşlər keçirəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər